Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-02 17:19:11
Uşaq sığınacağına yerləşdirilən qurbanların sayı AÇIQLANDI

2023-cü ilin ilk 3 ayı ərzində uşaq sığınacağına yerləşdirilən zorakılıq qurbanlarının sayı açıqlanıb.

 

AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınavağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə məlumat verib.

 

O bildirib ki, yanvar, fevral, mart aylarında mərkəzə 29 nəfər daxil olub:

 

“16 nəfər yalnız mart ayında gələnlərdir. 29 nəfərdən 4-ü qadın, digəri azyaşlılardır. Ən kiçik uşaq 2, ən böyük isə 17 yaşındadır. Ümumilikdə 25 nəfər uşaqdan 5-i oğlan, 20-si qızdır.

 

Sığınacağa yerləşdirilən qadınların ortalama yaşı 21-34 yaş aralığında dəyişir. Onlar arasında 21 yaşlı qadının 14 yaşında ilk dəfə doğum etdiyi müəyyən olunub. Hazırda isə 3-cü uşağına hamilədir, hamiliyi 6-cı ayındadır. Təəssüf ki onlar hər biri zorakılıq qurbanıdır”.