Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-01 10:16:00
Məktəbdən oğurluq edən şəxs tutulub

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu silah-sursat gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub.

 

AzEdu.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazisində yerləşən orta məktəblərin birindən oğurluq edən Rövşən Kərimov saxlanılıb. Araşdırma zamanı onun gecə saatlarında məktəbə daxil olaraq oradan 8 ədəd kompüter oğurladığı və kolluq ərazidə gizlətdiyi müəyyən edilib. Məqsədi isə bir neçə gün keçdikdən sonra onları satmaq və qazanc əldə etmək olub. Ancaq R.Kərimov niyyətini sona qədər həyata keçirə bilməyib və oğurladıqları gizlətdiyi yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.