Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 15:30:44
UNEC-də Soyqırımı qurbanları yad edilib

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin (ÜFTTD) təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva tədbiri açaraq, erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq, dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini bildirib.

 

Tədbirdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov “Anadoluda türklərin soyqırımı”, AMEA Azərbaycan tarixi muzeyinin direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov “Bakıda mart soyqırımı”, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev “Türk - müsəlman əhalisinə qarşı mart soyqırımı bəşəri cinayətdir”, Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov “Arazın o tayında azərbaycanlılara qarşı soyqırımlar” mövzularında çıxışlar edərək, 1918-cü ildə ermənilərin bir neçə gün ərzində Azərbaycanın bölgələrində soydaşlarımıza qarşı törətdikəri kütləvi qırğınlardan, viran qoyduqları şəhər, kənd, məscid, məktəblərdən bəhs ediblər.

 

Çıxışların sonunda Ümumi fənlərin tədrisinin təşkili departamentinin 31 Mart - Soyqırımı Gününə hərs olunmuş, sənədli fotolar əsasında hazırladığı videoçarx nümayiş olunub.

Tədbir iştirakçıları UNEC Dizayn Məktəbinin tələbələrinin 31 Mart Soyqırımı qurbanlarına həsr etdikləri rəsm sərgisi ilə də tanış olublar.