Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 15:15:00
FHN Akademiyasına sənəd qəbulu bu tarixdə YEKUNLAŞACAQ

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2023/2024-cü tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə sənəd qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

 

Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza Komissiyasından və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və Seçmə komissiyalarında sınaqdan keçməlidirlər. Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.

 

Əlavə olaraq onu da qeyd edək ki, akademiyaya kursant qismində qız abituriyentlərin qəbulu nəzərdə tutulmayıb.

 

Akademiyaya qəbulla əlaqədar ətraflı məlumatı buradan əldə edə bilərsiniz: