Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 16:31:17
MDU tələbələri ilə növbəti elmi konfrans keçirilib

2023-cü il martın 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanda mühəndisliyin inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda XVI elmi konfransı keçirlib.

 

AzEdu.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə apardığı quruculuq işlərindən və mühəndisliyin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açıb. MDU-da Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən fəaliyyətlərin əhəmiyyətindən bəhs edən A.Əliyeva tələbələrin bununla bağlı elmi tədqiqat işlərinə böyük maraq göstərmələrini müsbət dəyərləndirib və konfransın işinə uğurlar arzulayıb. 

 

Sonra MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, TEC-in sədri Günəş Şəfaqətov və Qazi Universitetinin MDU-da fəaliyyət göstərən alimi Sinan Toklu çıxış edərək Ümummilli Liderin Azərbaycanda mühəndisliyin inkişafına misilsiz töhfələrindən danışıblar və  konfransın proqramına daxil olan mövzuların aktuallığını vurğulayıblar.

 

Daha sonra məruzələr dinlənilib. MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Xumar Alxasova “Azərbaycanın müstəqil enerji sisteminin yaradılmasında Heydər Əliyevin rolu”, Fatma Mirzəzadə “Ölkə təbiətinin zənginləşməsində Ulu Öndərin misilsiz xidmətləri”, Aydan Məmmədova “Azərbaycan sənayesinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, Nihad Xəlilov “Mühəndislikdə 3D dizayn: kiberfiziki məkanın üstün və çatışmayan cəhətləri”, Nail İsmayılov “Elektrik enerjisinin dəyişən cərəyanla ötürülməsinin üstünlükləri”, Salatın Rəhimova “İntellektual sorğu sistemləri çat-botların timsalında”, Ruslan Əlizadə “Dəmir yollarımızın inkişafında polad iradəli H.Əliyev amili və Aytən Məmmədova “Ekoloji siyasət irsində Ümummilli Lider Heydər Əliyev  fəaliyyətinin təcəssümü” mövzularında məruzələrlə çıxış ediblər.

 

Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların cavablandırılıb.

 

 Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.