Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 10:16:00
Bu abituriyentlər qəbul imtahanlarının II cəhdinə buraxılmayacaq? - DİM cavab verdi

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən may ayından etibarən ali təhsil müəssislərinə sənəd verən abituriyentlər üçün qəbul imtahanları təşkil olunacaq.

 

Sosial şəbəkələrdə belə bir şayiə yayılıb ki, əvvəlki ilin məzunları qabul imtahanının yalnız l cəhdində iştirak edə bilər.

 

Bəs bu informasiya nə dərəcədə doğrudur?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumatda bildirilib ki, sosial şəbəkələrdə yayılan bu məlumat yanlışdır. Əvvəlki ilin məzunları həm l, həm də ll cəhd imtahanında iştirak edə biləcək.

 

Xatırladaq ki, ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixləri bunlardır:

- III ixtisas qrupu üzrə (1-ci cəhd) 20 may

- III ixtisas qrupu üzrə (2-ci cəhd) 8 iyul

 

- II ixtisas qrupu üzrə (1-ci cəhd) 21 may

- II ixtisas qrupu üzrə (2-ci cəhd) 9 iyul

 

- IV ixtisas qrupu üzrə (1-ci cəhd) 3 iyun

- IV ixtisas qrupu üzrə (2-ci cəhd) 23 iyul

 

- I ixtisas qrupu üzrə (1-ci cəhd) 4 iyun

- I ixtisas qrupu üzrə (2-ci cəhd) 22 iyul