Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 09:08:12
LDU-da Elm günü ilə bağlı tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Elm günü ilə bağlı keçirilən tədbiri universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev açıb.

 

 

Bildirib ki, bu günkü tədbir ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğundan məruzə və çıxışlar da ümummilli liderin bu istiqamətdəki fəaliyyəti ilə bağlıdır. Elvin Əliyev qeyd edib ki, ölkə başçısı İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda “Elm günü”nün təsis edilməsi bütövlükdə Azərbaycan elminə, elmi ictimaiyyətinə göstərilən diqqət və qayğının göstəricisidir. Son 5 il ərzində LDU-da elmi istiqamətdə aparılan işləri rəqəmlər əsasında şərh edən universitet rəsmisi bu sahədə müsbət irəliləyişlərin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır. Azərbaycanda son 10 ildə həyata keçirilən siyasət nəticəsində sosial inkişaf göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsi ölkə başçısının ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması istiqamətində görülən işlərin nəticəsidir.

 

Universitetin Sosial məsələlər üzrə prorektoru Kamran Kazımov H.Əliyev ili çərçivəsində LDU-da keçirilən tədbirlərdən danışıb. Bildirib ki, ulu öndər ölkədə elmin inkişafına həmişə böyük önəm verib və bu iş onun layiqli davamçısı, prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

 

Azərbaycan elminin bugünkü inkişaf səviyyəsinə yüksəlməsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli lider ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirib, daim qayğı göstərib, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşıb, elmin sürətli inkişafı üçün mühüm qərarlar verib, müvafiq sahədə problemlərin aradan qaldırılması məqsədilə ciddi tədbirlər həyata keçirib.

“Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, dosent Kamal Mahmudov “Heydər Əliyev və Azərbaycanda elmin inkişafı”, "Tarix-coğrafiya və incəsənət" fakültəsinin dekanı, dosent Zaur Məmmədov “Şuşa Türk dünyasının mədəni paytaxtı kimi” mövzularında məruzə ediblər. Məruzələr ətrafında tarixçi alimlər dos.Mayis Cəfərovun və Emin Məlikovun çıxışları dinlənilib. Məruzə və çıxışlarda H.Əliyevin Azərbaycan elminin inkişafındakı böyük rolundan bəhs edilib.