Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-25 09:22:00
ABŞ səfirliyi azərbaycanlı tələbələri təbrik edib

Dəniz Səttarlının və Fidan Qarayevanın Massaçusets Texnologiya İnstitutuna qəbul olmaqlarını alqışlayırıq!

 

AzEdu.az  xəbər verir ki, bu, ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi feysbuk səhifəsində azərbaycanlı abituriyentlərin ABŞ-də tələbə adını almaları ilə bağlı paylaşımında yer alıb.

 

Paylaşımda yazılıb: “Zəhmətinizə və əzmkarlığınıza görə sizi təbrik edirik. Güclü cəmiyyətləri dəstəkləmək üçün təhsilə və imkanlara bərabər çıxış vacibdir və Səfirlik qadınlar və kişilər, oğlanlar və qızlar üçün bir sıra təhsil və karyera təşəbbüslərini dəstəkləməkdən qürur duyur”.