Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-18 14:59:00
Əlyazma abidələrinin bərpasına dair elmi sessiya olub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elm gününə həsr olunmuş “Əlyazma abidələrinin bərpası: müasir elmi-texniki tərəqqi” mövzusunda elmi sessiya keçirilib.

 

Bu barədə AzEdu.az-a AMEA-dan bildirilib. Tədbirdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Bakı Avrasiya Universitetinin bir qrup tələbə və müəllimi, o cümlədən Əlyazmalar İnstitutunun əməkdaşları iştirak ediblər.

 

Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov məruzəsində institutda qorunub saxlanılan əlyazmaların bərpası prosesində elmin nailiyyətlərindən istifadə etməklə onların texniki səviyyəsinin yüksəldilməsindən, əlyazma abidələri üzərində həkk olunan işarələrin məna cəhətdən mühüm əhəmiyyətindən bəhs edib. O, bərpa olunmuş bir sıra əlyazma nüsxələrini hazırladığı slayd əsasında tələbələrə nümayiş etdirib və onların suallarını cavablandırıb.

 

Sonda tələbələrə Əlyazmalar İnstitutunun nəşrləri hədiyyə olunub.