Azedu.az

Beynəlxalq Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub

16 Mart 2023, 17:54
Beynəlxalq Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub

11 mart 2023-cü il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində Beynəlxalq Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, seçmə imtahanı nəticəsində olimpiadada ölkəmizi təmsil edəcək milli komanda üzvləri seçilib.

 

Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Dəniz Səttarlı, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 4 nəfər şagird ölkəmizi təmsil edəcək.

 

Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir. Şagirdlərimizə olimpiadada uğurlar arzu edirik!

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox