Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 14:40:17
Bu universitetdə III kurs tələbəsi dekan müavini TƏYİN OLUNDU

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın əmri ilə Təhsil-2 fakültəsinin üçüncü kurs tələbəsi Jalə Eyvazova oxuduğu fakültənin dekan müavini təyin olunub. 

 

AzEdu.az xəbər verir ki, Jalə Eyvazova Füzuli rayon 59 nömrəli tam orta məktəbi bitirib. 2020-ci ildə Azərbaycan Dillər Universitetinin Xarici dil müəllimliyi (İngilis dili üzrə) ixtisasına qəbul olunub. Yeni Azərbaycan Partiyasının təqaüdçüsüdür.

 

Birinci kursdan Azərbaycan Dillər Universitetinin ictimai həyatında xüsusi fəallığı ilə seçilir. “Pasha Holding”in “Agro Dairy” şirkətində HR assistant vəzifəsi üzrə təcrübə keçib, “Funny Bunny” uşaq bağçasında 1 il müəllim kimi çalışıb, İSOPS summer school (LANDAU) layihəsində supervisor-müəllim olaraq fəaliyyət göstərib. O, həmçinin Füzuli Rayon İcra Hakimiyyətində təcrübəçi olub, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin BREN lahiyəsinin iştirakçısı olub.

 

Jalə Eyvazova təhsil aldığı fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri olub. Tədbirlərdə fəal iştirakı, səlis nitqi, yüksək akademik göstəriciləri üçün ona bu yüksək etimad göstərilib.

 

Jalə Eyvazova ADU-nun rektoru, akademik Kamal Abdullaya təşəkkürünü bildirib:

 

“Bu, hörmətli rektorumuz Kamal Abdullanın mənə göstərdiyi böyük etimaddır. Bu yüksək etimada görə Kamal müəllimə təşəkkürümü bildirirəm. Çalışacam ki, işimin öhdəsindən nümunəvi gəlməklə bu etimadı doğruldum. Bu, bir gənc olaraq mənim gələcək karyeramı qurmağım, cəmiyyətə və təhsil mühitinə hazırlanmağım üçün çox böyük dəstəkdir”.