Elm və təhsil naziri Emin Əmrullayev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Abdelouahab Osman ilə görüşüb.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı səfir İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan hökuməti tərəfindən təsis olunan təhsil qrantı çərçivəsində 3 nəfər Əlcəzair vətəndaşına Azərbaycanda təhsil almaq imkanı yaradıldığına görə təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan ilə Əlcəzair arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.