Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 14:29:00
Müəllimlərin sertifikasiyası Naxçıvanı da əhatə edəcək? - Rəsmi CAVAB

Elm və Təhsil Nazirliyi 2023-cü il təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənnindən ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlərin cəlb olunacağını bildirib.

Bu il ümumilikdə 35 min müəllimin sertifikasiya prosesinə cəlb olunacağı gözlənilir.

Bəzi müəllimləri maraqlandıran nüans bu qərarın Naxçıvan Muxtar Respublikasına da şamil olunub-olunmamasıdır.

AzEdu.az məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə sorğu ünvanlayıb.

İnsan Resursları Mərkəzindən saytımıza verilən məlumata görə, hazırda belə bir qərar nəzərdə tutulmayıb:

“Hal-hazırda bununla bağlı heç bir qərar yoxdu, əgər belə bir qərar olarsa, Elm və Təhsil Nazirliyi tərəfindən məlumat veriləcək”.