Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-18 12:34:42
Qalmaqallı məktəbin yeni direktoru kimdir? - DOSYE+FOTO

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, 45 nömrəli tam orta məktəbin rəhbərliyi Pərvanə Niyazi qızı Talıbovaya həvalə olunub.

Qeyd edək ki, bir neçə ay öncə 45 nömrəli tam orta məktəblə (1300 şagird yerlik) bağlı baş verən qalmaqaldan sonra Nəcibə Axundova bu təhsil ocağının rəhbərliyindən uzaqlaşdırlmış və ötən ilin noyabr ayında 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə keçirilmişdi.


Bəs 45 nömrəli məktəbin yeni direktoru  Pərvanə Talıbova kimdir?

AzEdu.az saytı yeni direktorun qısa tərcümeyi-halını təqdim edir:

Pərvanə Niyazi qızı Talıbova 5 noyabr 1970-ci ildə doğulub.
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil ixtisasını bitirib.

1994-2007-ci illərdə Bakı şəhəri, Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada ibtidai sinif müəllimi, 2007-2014-cü illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ibtidai sinif müəllimi, 2013-2023-cü illərdə Avropa Azərbaycan Məktəbində Azərbaycan dili müəllimi və ikinci dil (second language) üzrə komanda lideri kimi fəaliyyət göstərib.

13.10.2011-ci il Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1658 nömrəli əmri ilə çap olunmuş “Sehrli mələklər” adlı ibtidai siniflər üçün sinifdənxaric oxu - metodik vəsaitin müəllifidir.

“Qabaqcıl Təhsil İşçisi” döş nişanı (təhsil nazirinin 2012-ci il 17 yanvar tarixli əmri ilə) ilə təltif olunub.
2011-2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində 1-ci yer qalibi olub.
Ölkə Prezidentinin 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

10 fevral 2023-cü ildə 45 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.