Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 15:11:00
Bu ölkəyə ali təhsil almağa gedən azərbaycanlılar AZALIR

Xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin istəyidir. Bu həm digər bir ölkəni görmək arzusundan, həm də təhsili daha da yaxşı universitetlərdə davam etdirmək istəyindən irəli gəlir.

 

Azərbaycandan müəyyən ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən, sadəcə attestat ilə qəbul olmaq mümkündür. Bu ölkələrdən biri də Ukraynadır.

Son illər Azərbaycandan Ukraynaya bir axın vardı. Gənclərin bir qismi ali təhsil almaq üçün məhz Ukrayna universitetlərini seçirdilər.

 
Amma Ukraynada bir ilə yaxındır davam edən müharibə azərbaycanlı gənclərin seçiminə təsir edib. 

Şübhəsiz ki, bu il Azərbaycandan Ukraynada ali təhsil almağa gedənlərin sayı bir qədər də azalacaq.


Bunu AzEdu.az-a açıqlamasında sabiq deputat, təhsil eksperti Sona Əliyeva da təsdiqləyib.


O, Ukraynada təhsil almaq istəyən azərbaycanlı gənclərin sayının xeyli aşağı düşdüyünü bildirib:

 

“Ukraynada müharibə şəraiti davam etdiyindən və burada təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı zaman-zaman problemlər yaşandığına görə, artıq bu ölkədə oxumağa maraq azalıb. 

Düşünürəm ki, heç bir valideyin  öz övladını çətin vəziyətə salmaq istəməz. İndi Ukraynanın bütün şəhərlərində təhlükə mövcuddur. Şəhərin mərkəzində belə dağıntılar olursa, müharibə şəraiti varsa, ölkəmizdən ora təhsil almağa gedən vətəndaşlarımızın sayının xeyli aşağı olacağını qeyd edə bilərəm”.