Azedu.az

Məktəblilər Avropa birinciliyinin qalibi olublar  

Məktəblər

Maraqlı

17 Sentyabr 2018, 10:55
Məktəblilər Avropa birinciliyinin qalibi olublar  

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo idman növü üzrə gənclərin Avropa birinciliyi keçirilib.

AzEdu.az xəbər verir ki, 42 ölkənin 405 cüdoçusunun mübarizə apardığı yarışa Azərbaycan milli yığma komandasının tərkibində Bakı şəhəri 1 nömrəli idman liseyinin 3 cüdoçusu qatılıb.

Birinciliyinin ilk günündə idman liseyinin yetirməsi Tofiq Məmmədov 60 kq çəki dərəcəsində Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu adını qazanıb.

Liseyin digər idmançısı 44 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova isə Avropa birinciliyinin bürünc medalına layiq görülüb.

 
TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox