Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 16:44:00
Plagiatçı rektorlar işdən azad edilib

 

Rusiyada çox geniş yayılmış "Dissernet" təhsil saytının verdiyi məlumata görə, bu ölkədə hər beş universitet rektorundan biri plagiatla məşğul olduğuna görə ifşa olunub. “Dissernet”-in verdiyi məlumata görə, plagiatla məşğul olan rektorlar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur və gənc nəsilə digərlərinin əməyinin nəticələrini oğurlamaq kimi gərəksiz vərdiş aşılayırlar. Plagiat hadisəsinin Rusiya universitet rektorları arasında geniş yayılmasına baxmayaraq, cəmi dörd rektor bu məsələ ilə bağlı işdən azad olunub. Onların elmi işlərinin ləğv olunub-olunmaması barədəsə xəbər verilmir.

Xatırladırıq ki, plagiatlıq ilk növbədə universitet tələbəsi, magistrantı və ya elmi tədqiqatçının elmi iş yazarkən məqsədyönlü şəkildə başqa bir tədqiqatçının, alimin, yazarın əməyinin məhsulundan icazəsiz, gen-bol və istinadsız istifadə etməsidir. Universitetdə təhsil alanlar üçün indi ciddi problemə çevrilmiş plagiatçılıqdan dünyanın bir çox universitetləri, tanınmış jurnalları, akademik institutları istifadə edirlər.

Əslində təbii ki, elmi tədqiqat işində  material  hazırlayarkən müxtəlif mənbələrdən istifadə edilməlidir. Ancaq ‘istifadə etmək’ və birbaşa öz fikri kimi yazmaq arasında böyük fərqlər var. Saytın məqsədi təkcə universitet tələbələrinin deyil, eyni zamanda universitet rektorlarının da plagiatçılıqla  məşğul olması barədə oxucuları məlumatlandırmaqdır.