https://www.zirve.edu.az/
15.03.2018 10:59
ABŞ-da minlərlə tələbə etiraz olaraq dərslərdən çıxıb

ABŞ-da minlərlə tələbə və şagird silah qanunlarının sərtləşdirilməsi tələbi ilə dərsləri boykot ediblər.

AzEdu.az xəbər verir ki, martın 14-də dərs otaqlarından çıxan gənclər əllərində “Yetər” yazılmış plakatlar tutublar.

Onlar Milli Silah Assosiasiyasına qarşı şüarla səsləndirib, “zəif” silah qanunlarına qarşı çıxıblar.

Tələbələr dərsdə azı 17 dəqiqə olmayıblar və fevralın 14-də Floridada məktəbdə güllələnmiş 17 nəfərin hərəsinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tələbə liderləri bu insidentin ölkədə silahlara nəzarətlə bağlı debatlarda “dönüş nöqtəsi” olacağına ümid edirlər.

Bəzi məktəblər etiraz edən tələbələri dəstəklədiklərini bildirsələr də, bəziləri siniflərdən icazəsi çıxanların tənbeh olunacağını deyib. (azadliq.org)