Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-30 17:59:00
DİM hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

övlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə buraxılış və qəbul, ingilis dili fənni üzrə ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, informatika fənni üzrə isə qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.

 

AzEdu.az xəbər verir ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Azərbaycan dili və ingilis dili üzrə hazırlıq kurslarında DİM-in sektor müdiri Aydın Qasımov “Azərbaycan Respublikasında buraxılış və qəbul imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimat kurs iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edilən fənlər üzrə məşğələlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Məşğələlərdə Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçiblər. Regionlardan olan iştirakçılar DİM-in müvafiq Regional bölməsində kalibrləmə prosesindən keçəcəklər.

 

İnformatika fənni üzrə hazırlıq kursunda isə moderator Nigar Əhmədli "Python" proqramlaşdırma dilində "Funksiyalar" mövzusunda təqdimatla çıxış edib. İştirakçıları maraqlandıran suallar moderator tərəfindən cavablandırılıb.

 

Kalibrləmə prosesindən keçmiş müdavimlərə DİM-in sertifikatı təqdim ediləcək. Onların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlar cavabı yazı ilə ifadə olunan tapşırıqların yoxlanılmasına (marker kimi) cəlb olunacaqlar.