Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-27 14:40:00
TKT imtahanlarına qeydiyyat elan edir-DİM

Son qeydiyyat tarixi 13 mart 2023-cü ildir.

 

AzEdu.az xəbər verir ki, Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

 

  • TKT Modul 1
  • TKT Modul 2
  • TKT Modul 3
  • TKT Module YL (azyaşlı öyrənənlərə dilin tədrisi)
  • TKT Module CLIL (dilin məzmunla inteqrativ tədrisi) 

 

İmtahan 29 aprel 2023-cü il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 13 mart 2023-cü ildir.

 

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və LinguaSkill imtahanlarını təşkil edir.

 

Qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

 

Əlavə məlumat üçün [email protected]  elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.