Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 17:25:00
Macarıstanda təhsil üçün seçilmiş namizədlərlə müsahibələr təşkil olunur

 

AzEdu.az Elm və Təhsil Nazirliyinin məlumatına əsasən xəbər verir ki, yanvarın 23-dən Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2023-2024-cü tədris ili üzrə Macarıstanda təhsil almaq üçün seçilmiş namizədlərlə müsahibələrə başlanılıb.


“Müsahibələr müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri və həmin sahələrin ekspertləri tərəfindən onlayn aparılır”.

“Qeyd edək ki, Macarıstanda təhsil üzrə ümumi müraciət sayının (748) çox, namizədlər arasında rəqabətliliyin yüksək olması və vaxt məhdudiyyəti səbəbindən hər bir namizəd üçün yalnız bir dəfə müsahibə tarixi müəyyən edilir”.

 

Eyni zamanda qeyd olunur ki, əvvəlcədən Elm və Təhsil Nazirliyini məlumatlandırmadan müsahibədə iştirak etməyən namizədlərə əlavə şərait yaradılması imkan xaricindədir.

“Müvafiq elan mətnində də qeyd edildiyi kimi, müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə yalnız elektron poçt ünvanı/şəxsi kabinet vasitəsilə bildiriləcək”.

 

Qeyd edək ki, siyahı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq razılaşdırılıb.