Azedu.az

ARTİ əməkdaşları beynəlxalq PMP sertifikatı qazanıblar

25 Yanvar 2023, 17:08
ARTİ əməkdaşları beynəlxalq PMP sertifikatı qazanıblar

ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Zeynəb Əmiraslanova və Təhsildə strateji tədqiqatlar şöbəsinin aparıcı mütəxəssisi Heydər Rzayev layihələrin idarə olunması sahəsində beynəlxalq PMP (Project Management Professional) sertifikatını ilk cəhdlərində ən yüksək nəticə ilə əldə ediblər.

 

AzEdu.az xəbər verir ki, bu sertifikat layihə idarə olunması sahəsində qızıl standard hesab olunur və əldə edən şəxslərin komanda və proseslərin idarə edilməsi, biznes mühitində iş olmaqla 3 sahədə yüksək bilik və bacarıqlarının olduğunu təsdiq edir.

 

Əməkdaşlarımızı təbrik edir və onlara işgüzar həyatlarında uğurlar arzulayırıq.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox