Azedu.az

Qabiliyyət imtahanlarından yüksək nəticə üçün əsas ŞƏRTLƏR

Xəbərlər

15 May 2026, 10:39
Qabiliyyət imtahanlarından yüksək nəticə üçün əsas ŞƏRTLƏR

"Abituriyentlərin qabiliyyət imtahanında rastlaşdıqları əsas problemlərdən biri hərəkətlərin ardıcıllığını bilməmələri və hərəkətləri düzgün yerinə yetirə bilməmələridir".

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Murad söyləyib.

Onun sözlərinə görə, idman sahəsində hərəkətlərin ardıcıllığını tam şəkildə göstərən və ətraflı izah edən jurnallar nəşr olunmalıdır:

"Burada bəzi abituriyentlər hansısa müəllimin yanında hazırlaşdıqda hərəkətləri asanlıqla edə bilirlər və qabiliyyət imtahanından keçirlər. Amma elə abituriyentlər də var ki, heç bir müəllim yanında hazırlaşmayıblar, hər hansı dəstək və kömək almayıblar. Belə olduqda onlar qabiliyyət imtahanında ya hərəkəti səhv yerinə yetirirlər, ya da hərəkətlərin ardıcıllığını pozurlar. Bu da yekun nəticədə abituriyentin qabiliyyət imtahanından kəsilməsinə səbəb olur.

Bu, istər musiqi sahəsində, istər rəssamlıq sahəsində, istərsə də idman sahəsində olsun, fərq etmir. Hər bir abituriyentin müəllim yanında qabiliyyət imtahanına hazırlaşmaq üçün maddi imkanı olmur. Bəzi ailələrin buna şəraiti çatmır.

Ona görə də yaxşı olar ki, Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən mərkəzlər yaradılsın. Ən azından bəzi sahələr üzrə, xüsusilə rəssamlıq, dizayn və idman istiqamətlərində şagirdlərə dəstək göstərilsin. Çünki bu sahələrdə mütləq şəkildə müəllim dəstəyinə ehtiyac olur.

Ən azından idman sahəsində hərəkətlərin ardıcıllığını tam şəkildə göstərən və ətraflı izah edən jurnallar nəşr olunsun. Bəzi səhifələrdə bununla bağlı müəyyən məlumatlar yerləşdirilir, amma yaxşı olar ki, dediyim kimi, bunu daha geniş və öyrədici şəkildə əks etdirən jurnallar nəşr edilsin.

Həmçinin Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində orta məktəblərdə gələcəkdə qabiliyyət imtahanı verəcək şagirdlər üçün müəyyən dəstək proqramları təşkil olunsun. İdman dərslərində müəllimlərə bu istiqamətdə müəyyən tapşırıqlar verilsin və həmin şagirdlər müəllimlərin dəstəyi ilə ən azından bəzi hərəkətləri düzgün yerinə yetirə bilsinlər".

TƏCİLİ! Ukraynadan dəhşətli hücum - Rusiyada məktəblər bağlandı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox