Azedu.az

BDU-nun tanınmış professoru kliniki ölüb keçirib

Xəbərlər

15 May 2026, 13:52
BDU-nun tanınmış professoru kliniki ölüb keçirib

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb.

AzEdu.az-ın məlumatına görə, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciət edib.

Təcili tibbi yardım avtomobilində pasiyentin döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub. Hospitala çatdırılarkən xəstənin ürəyi dayanıb. Dərhal təxirəsalınmaz tibbi tədbirlərə başlanılıb və 20-30 dəqiqə ərzində ürək masajı aparılıb. Məlumata görə, H.Əlizadə həmin müddətdə kliniki ölüm keçiribmiş.

Pasiyent dərhal angioqrafiya otağına aparılıb. Müayinə zamanı ürək damarlarında tıxanma aşkar edilib. Mərkəzi Gömrük Hospitalının invaziv kardiologiya şöbəsinin rəisi, invaziv-kardioloq İlqar Tahiroğlunun həyata keçirdiyi təcili əməliyyat uğurla başa çatıb. Nəticədə ürək damarlarının keçiriciliyi bərpa olunub.

Məlumata əsasən, müdaxilə nəticəsində pasiyentin nə beynində, nə də ürəyində hər hansı zədələnmə qeydə alınmayıb. Hazırda Hikmət Əlizadənin vəziyyəti stabildir. Onun bu gün evə buraxılması nəzərdə tutulur.

Qeyd edək ki, Hikmət Əlizadə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədridir.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

TƏCİLİ! Ukraynadan dəhşətli hücum - Rusiyada məktəblər bağlandı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox