Tailandda alimlər yeni nəhəng dinozavr növünün fosillərini aşkar ediblər.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 27 ton ağırlığında və 27 metr uzunluğunda olduğu ehtimal edilən bu uzunboyunlu ot yeyən dinozavrın qalıqları ölkənin şimal-şərqində yerləşən Chaiyaphum bölgəsində tapılıb.
Araşdırma London universitetinin alimlərinin rəhbərliyi ilə aparılıb. Tədqiqatçılar arasında uzunluğu 1,78 metrə çatan ayaq sümüyü də daxil olmaqla 10 fərqli fosil nümunəsini incələyiblər.
Yeni növə “Nagatitan chaiyaphumensis” adı verilib. Alimlərin fikrincə, bu dinozavr 100–120 milyon il əvvəl Təbaşir dövründə yaşayıb və “sauropod” ailəsinə aid olub. Həmin ailəyə Diplodocus və Brontosaurus kimi nəhəng dinozavrlar daxildir.
Tədqiqatın əsas müəllifi Thitiwoot Sethapanicsakul bildirib ki, bu növ Cənub-Şərqi Asiyada indiyədək aşkarlanan ən böyük uzunboyunlu ot yeyən dinozavrlardan biridir. Onun sözlərinə görə, “Tailandın son nəhəngi” adlandırılan bu canlı ölçülərinə görə yetkin mavi balina ilə müqayisə oluna bilər.