Azedu.az

Bakı üçün yeni nəqliyyat baxışı - AzMİU-da infosessiya

Ali təhsil

15 May 2026, 10:50
Bakı üçün yeni nəqliyyat baxışı - AzMİU-da infosessiya

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən “Memarlıq həftəsi” çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə “Şəhərsalma mühitində mikromobilliyin qurulması” mövzusunda infosessiya keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova şəhərsalma prosesində müasir nəqliyyat həllərinin və dayanıqlı mobillik prinsiplərinin əhəmiyyətindən danışıb. Zahidə Məmmədova tələbələrin bu sahədə maarifləndirilməsinin vacibliyinim vurğulayaraq belə görüşlərin gələcək memar və şəhərsalma mütəxəssislərinin peşəkar inkişafına töhfə verdiyini qeyd edib. AYNA-nın Daxili kommunikasiya və tədbirlərin təşkili şöbəsinin müdiri Elmira Abasova mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə tələbələrə ətraflı məlumat verib.

Bildirib ki, mikromobilliyin tətbiqi əhalinin mobilliyini artırmaq, şəhər mərkəzlərində nəqliyyat yükünü azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Dünyanın bir çox şəhərlərində olduğu kimi paytaxt Bakıda da nəqliyyat sıxlığının aradan qaldırılması, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələri istifadəçilərinin, eləcə də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmini istiqamətində mühüm işlərin həyata
keçirildiyi diqqətə çatdırılıb.

Elmira Abasovanın sözlərinə görə, gənclər arasında mikromobilliyin təşviqi məqsədilə yeni tədbirlər planı hazırlanır və yaxın aylarda ictimaiyyətə təqdim olunacaq.

AYNA-nın əməkdaşı Nicat Kazımov çıxışında şəhər mühitində mikromobillik vasitələrinin düzgün istifadəsi, təhlükəsizlik qaydaları və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verib.

Daha sonra Bakı şəhərində mikromobilliyin təkmilləşdirilməsinə dair həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə tələbələrlə fikir mübadiləsi aparılıb, onların çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilib.

TƏCİLİ! Ukraynadan dəhşətli hücum - Rusiyada məktəblər bağlandı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox