Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-17 09:30:00
Magistraturaya qəbulda Məntiq üzrə suallar çətinləşəcək?-Hər kəs narahatdır

 

 

Magistraturaya qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da, (2-ci cəhd) 11 iyun tarixində keçirilməsi nəzərdə tutulur. Keçiriləcək bu  imtahanda Məntiq fənninə aid sualların  çətinlik səviyyəsinin  artacağı ilə bağlı səsləndirilən ehtimallar bakalavrlarda narahatlıq doğurur.

 

Bu ehtimalın təsdiqi nə dərəcədə doğrudur? Sualların çətinlik səviyyəsi ötən illə müqayisədə bu il daha da arta bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Məntiq müəllimi, təlimçi Rəşadət Şərifov məntiq suallarının səviyyəsinin stabil olduğunu qeyd edib :

 

“Hal-hazırda semestr imtahanı dövrü olduğu üçün bakalavrlar hazırlığa ciddi vaxt ayıra bilmirlər. O səbəbdən, onların hazırlıq səviyyələri nisbətən aşağı düşüb. Düşünürəm ki, Məntiq suallarının səviyyəsi isə stabildir. Yaxşı hazırlaşan tələbələrin fikrincə, suallar asandır. Zəif hazırlaşanlar üçün isə suallar çətin olur“.

 

BDU-nun Məntiq müəllimi Əmrah Əhməd predmetin  çətin olmasının səbəblərini qeyd edib :

 

“Məntiq imtahanın çətinliyi hər il təqribən eyni səviyyədə olur. Məsələ xüsusilə bu illə bağlıdırsa, bunu daha dəqiq yanvar ayında keçiriləcək sınaq imtahanından sonra söyləmək daha doğru olar. Çünki, sınaqla qəbul imtahanının çətinlik səviyyəsi təqribən bərabər olur. Lakin, məntiq fənninin ümumilikdə, bakalavrlara çətinlik törətməsinin səbəbi fərqlidir. Məntiq fənn kimi orta məktəblərdə tədris olunmadığına görə, hazırki bakalavrlar və ya subbakalavrlar məntiq fənni ilə magistraturaya hazırlaşdıqları zaman qarşılaşırlar. Fənnə aid bazalarının olmaması da onlar üçün müəyyən problemlər yaradır.

 

Xoşbəxtlikdən, son dövrlərdə məntiq orta məktəblərimizdə riyaziyyat fənnin bir hissəsi kimi tədris olunur. Mən inanıram ki, bu fərqlilik bir neçə il sonra magistratura imtahanına birbaşa təsir göstərəcək ’’ - deyə , o fikirlərini tamamlayıb.

 

Mətanət Abbas