Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-16 15:17:00
IX sinif buraxılış nəticəsi qəbul prosesində əsas götürülməlidir?-“Bu mümkün deyil”

 

 “lX sinif buraxılış imtahanının nəticəsinin abituriyentin qəbul balına təsir etməsi mümkün deyil”

 

Son zamanlar təhsil ictimaiyyətinin müxtəlif nümayəndələri tərəfindən IX sinif buraxılış imtahanının nəticəsinin universitetlərə qəbul prosesində nəzərə alınması təklif edilir. Təklif ictimaiyyətin bir qismi tərəfindən müsbət qarşılansa da, digər bir qisim bunun doğru olmadığını bildirir.

 

Hədəf Şirkətlər qrupunun baş direktoru Şamil Sadıq mözvu ilə bağlı AzEdu.az-a açıqlamasında lX sinif buraxılış nəticələrinin qəbula təsir etməsi fikrinin yanlış olduğunu qeyd edib:

 

“lX sinif buraxılış imtahanını bir mərhələdən digər mərhələyə keçid imtahanı kimi başa düşürük. lX sinifi bitirən şagirdlər ali məktəbə getməyib,öz işlərini qurub, daha sonra X və Xl sinifi  oxuyub ali məktəbə sənəd verə bilərlər. lX sinif buraxılış imtahanından toplanan nəticənin qəbul prosesinə təsir etməsi mümkün deyil”.

 

Ş.Sadıq bu təklifin doğru olmadığını bildirərək, səbəbinə diqqət çəkib:

 

“X və Xl siniflərdə keçirilən fənlərdə bir çox mövzular var ki, bunlar qəbul imtahanına ən çox salınan mövzulardır. Burada daha geniş və bütün  proqramı əhatə edən mövzular olur. Bunlara daha çox texniki fənlər aiddir. Ona görə də, lX sinif buraxılış imtahanının nəticəsi abituriyentin qəbul balına təsir etməsi yanlışdır”.