Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 16:05:00
UNEC-də beynəlxalq ticarət mövzusunda seminar keçiriləcək

UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin rəhbəri professor İrşad Kərimlinin moderatorluğu ilə “Beynəlxalq ticarətin müasir xüsusiyyətləri və Azərbaycanın xarici ticarəti” mövzusunda hibrid seminar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, mövzu ətrafında UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin tədqiqatçısı i.e.d., dosent Mayis Gülalıyev təqdimatla çıxış edəcək.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

 

7 dekabr 2022-ci il tarixində saat 19.00-da UNEC-in IV tədris binasında (Abbas Səhhət 45A, otaq 309) keçiriləcək seminara ZOOM platforması üzərindən LİNKİ (kod:499211)  vasitəsilə də qoşula bilərsiniz.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.