Azedu.az

45 minə yaxın şagird fənn olimpiadalarında iştirak edəcək

29 Noyabr 2022, 12:02
45 minə yaxın şagird fənn olimpiadalarında iştirak edəcək

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi başa çatıb. Ümumilikdə 45 000-ə yaxın şagird qeydiyyatdan keçib. 

  

AzEdu.az xəbər verir ki, qeydiyyatdan keçən şagirdlər //portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinin “Ümumi məlumatlar” hissəsindən buraxılış vərəqələrini əldə edə bilərlər. Buraxılış vərəqələrinin əldə edilməsi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət etmək mümkündür. 

  

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də əyani şəkildə əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək. 

  

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir. 

  

Respublika fənn olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir. 

 

 

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox