https://modern.az/ #
2022-11-28 10:04:00
Müəllimlərin işəqəbulu üzrə müsabiqəsinin nəticələri açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələri bəlli olub.

 

Müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən 22 nəfərdən 19-u vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanıb.

 

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə işə qəbul hüququ qazanmış şəxslər şəxsi işləri ilə birlikdə müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.

 

Qeyd edək ki, 08.05.2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müəssisələrdə vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İLİN GƏNC MÜƏLLİMİ" nominasiyasında 2022-ci il üçün qalib kimi görürsünüz?
Səs ver
FACEBOOK