https://modern.az/ #
2022-11-26 10:10:00
LDU-nun 30 illik yubileyinə hazırlığın vəziyyətini müzakirə edilib-FOTO

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın bu dəfəki iclası bayram əhval-ruhiyyəsində keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclası açan Elmi şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov iştirakçıları Prezident İlham Əliyevin bu günkü Sərəncamı ilə tanış edib. Bildirib ki, LDU-nun 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə universitetin bir qrup əməkdaşları fəxri adlar və medallarla təltif ediliblər. Rektor təltif olunanları Elmi şuranın üzvləri və bütün LDU kollektivi adından ürəkdən təbrik edərək bildirib ki, hazırda Lənkəran Dövlət Universiteti tarixinin ən maraqlı, şərəfli günlərini, 30 illik yubileyinin sevincini yaşayır. Natiq İbrahimov bütün kollektivin qazanılan uğurlarda zəhməti olduğunu xüsusi vurğulayıb və universitetin bundan sonrakı prioretitlərini açıqlayıb.


Şura iclasında ilkin olaraq yubiley tədbirlərinə hazırlığın vəziyyəti müzakirəyə çıxarılıb. “Lənkəran Dövlət Universitetinin 30 illik yubileyinə hazırlığın vəziyyəti” barədə universitetin Ümumi işlər üzrə prorektoru Novruz Həsənquliyevin hesabatı dinlənilib. Hesabatda hazırlıq işlərinin nəzərdə tutulmuş qrafik üzrə getdiyi, bu istiqamətdə bir sıra silsilə tədbirlərin keçirildiyi və yekun tədbirin ümumrespublika səviyyəsində təşkil olunacağı, respublikanın təhsil rəsmilərinin, universitetin tanınmış məzunlarının, rayon ictimaiyyətinin də yubiley mərasiminə qatılacağı bildirilib.


LDU-nun Elmi katibi Allahşükür Quliyev “Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən müsabiqənin keçirilməsi barədə danışıb. Sonra gizli səsvermə yolu ilə boş olan yerlərə seçki keçirilib, nəticələri elan edilib.


Elmi şurada “Baytarlıq və aqrar fənlər” kafedrasının illik hesabatı da dinlənilib. Hesabatı kafedranın müdiri, dosent Məlahət Ağayeva təqdim edib. Hesabatda kafedranın illik fəaliyyəti statistik rəqəmlər fonunda ətraflı təhlil edilib, uğurlardan və həllini gözləyən məsələlərdən söz açılıb.


İclasda bir sıra cari məsələlərə də baxılıb və müzakirə edilən bütün məsələlər barədə qərar qəbul olunub.

 

 

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İLİN GƏNC MÜƏLLİMİ" nominasiyasında 2022-ci il üçün qalib kimi görürsünüz?
Səs ver
FACEBOOK