
14.03.2018 12:44
Dövlət qulluğuna imtahanla bağlı problemlər var - Osman Gündüz nələri aşkara çıxardı?
Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr bu gün davam etdirilib.
AzEdu.az xəbər verir ki, prosesi Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də izləyib.
O, öz “Facebook” hesabında “məsləhətçi - kompüter proqramçısı” inzibati vəzifəsini tutmaq istəyən iddiaçılarla görüşdüyünü bildirib.
Deyib ki, prosedur nə qədər şəffaf və ədalətli olsa da, bəzi məqamlar mövcud qaydalarda problemlər mövcuddur:
“Baxmayaraq ki, iddia olunan vəzifə kompüter-proqramçılıqla bağlıdır, amma vəzifəyə gəlmək istəyən namizəd bu sahəyə heç marağının olmadığını, texnologiyalardan elə də istifadə etmədiyini açıq-aşkar bildirir”.
Osman Gündüz iddiası olduğu sahəyə marağı olmayanların orada hansı işləri görəcəyini anlamadığını bildirib:
“Bütün bunlara baxmayaraq, müsahibə üçün otaqlar ayrılmalı, biz də oturub bu cür namizədlərin dediklərinə qulaq asmalı, videoçəkiliş aparılmalıyıq”.
Osman müəllimin sözlərinə görə, bu prosesə xeyli insan və maddi-texniki resurslar cəlb edilir. Bu cür iddiaçılar da dəfələrlə müraciət edə bilirlər:
“Mövcud qaydalar isə bu namizədlərə və onların istənilən sayda müraciətlərinə hər hansı məhdudiyyət qoymur. Fikrimcə, burada tənzimləmə məsələlərini təkmilləşdirməyə ehtiyac var”.
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
13.01.2021 | 09:00
Ənənəvi dərslər nə zaman başlayacaq? - Təhsil Nazirliyindən açıqlama

15.01.2021 | 16:25
Onlayn dərslərdən yayınan müəllimlərə XƏBƏRDARLIQ edildi

15.01.2021 | 10:12
Təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarına start verilib

13.01.2021 | 11:18
Bu müəllimlərə əlavə dərs saatları verilir- QAYDA

17.01.2021 | 12:36
Nazir tədrisin təşkili ilə bağlı məsələlərə aydınlıq gətirəcək-DİQQƏT

16.01.2021 | 11:42
Məktəblərlə bağlı qərar nə vaxt veriləcək?-Prezident köməkçisi açıqladı

14.01.2021 | 15:06
DİM 2 növ elektron imtahan hazırlayıb – Məleykə Abbaszadə yeniliyi açıqladı

19.01.2021 | 11:32
Təhsil nazirinin brifinqində hansı vacib qərarlar veriləcək? – Ehtimallar

FACEBOOK