Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-24 14:17:00
UNEC-də "BP Azərbaycan" şirkətinin nümayəndələri ilə görüş keçirilib

UNEC-də "BP Azərbaycan" şirkətinin Beynəlxalq təcrübə və işəqəbul proqramları barədə təqdimat keçirilib.

 

AzEdu.az xəbər verir ki, şirkətin İnsan Resursları strukturunun işçi heyəti tələbələrə "BP Azərbaycan"ın fəaliyyət istiqamətləri, təcrübə proqramları, işə qəbul prosesi və vakansiyalar barədə ətraflı məlumat verib.

 

UNEC-in Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən təqdimatda bakalavr və magistrlər canlı müsahibə və onlayn qeydiyyat prosesində də iştirak ediblər.

 

Sonda tələbələrin sualları cavablandırılıb.