Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-25 09:39:00
Buraxılış imtahanı zamanı xarici dil fənni üzrə bu meyara DİQQƏT EDİLİR

9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında yeni imtahan modeli tətbiq olunacağı bildirilmişdi. Sonra isə müzakirələr əsasında dəyişikliyin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq ediləcəyi elan olundu.

Bəs buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi?

 

AzEdu.az DİM-dən aldığı məlumata əsasən xəbər verir ki, əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (bundan sonra əsas xarici dil) fənnindən imtahan verəcəklər.

 


Qeyd edək ki, Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır.

 

Həmçinin DİM qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılır.

 

Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları