https://modern.az/ #
2022-11-17 15:10:00
Şagirdlərin yarımillik qiyməti necə çıxarılır?-Düstur  

Şagird nailiyyətləri  diaqnostik, formativ və summativ qiymətləndirmə formasında aparılır.

 

Bəs şagirdin yarımilik qiyməti nəyə əsasən müəyyənləşir?

 

AzEdu.az   “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları”na əsasən xəbər verir ki, şagirdin yarımillik qiyməti müfaviq düsturlarla hesablanır.

 

Şagirdin yarımillik qiyməti kiçik summativ (yarımillik ərzində keçirilən) qiymətləndirmənin nəticələri 40%, böyük summativ (yarımillik sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60% hesab olunmaqla aşağıdakı düstur əsasında çıxarılır:

 

Y1 =   s1+s2+...+sn/n   *   40/100 + S1    *   60/100

 

  s1, s2, sn - kiçik summativlər

  n – yarımildə keçirilən kiçik summativlərin sayı

  S1- I yarımildəki böyük summativ qiymətləndirmə

  Y1 – birinci yarımillik qiymət

 

Şagirdin yarımillik və illik qiymətləri çıxarılarkən yuvarlaqlaşdırma qaydası  da tətbiq edilir.

 

Məsələn, şagird I yarımildə aparılmış kiçik summativ qiymətləndirmələrdə “3”, “3”, “4” və böyük summativ qiymətləndirmədə “3” qiymət aldıqda, onun yarımil üzrə qiyməti aşağıdakı kimi hesablanır:

 

Y1= (3+3+4)/3 *40/100+3* 60/100= 3 (təqribi)

 

Və yaxud, şagird II yarımildə kiçik summativ qiymətləndirmələrdən “2”, “3”, “3” və böyük summativ qiymətləndirmədən “3” qiymət aldıqda, onun yarımil üzrə qiyməti aşağıdakı kimi hesablanır.

 

Y2= (2+3+3)/3 *40/100+3*60/100= 2.8 (təqribi 3)

 

 

 

 

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İLİN GƏNC MÜƏLLİMİ" nominasiyasında 2022-ci il üçün qalib kimi görürsünüz?
Səs ver
FACEBOOK