Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-16 14:29:00
Direktor müavini vəzifəsi üçün test imtahanı keçiriləcək

 

Noyabrın 17-də ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, imtahanın keçirilmə müddəti 80 dəqiqədir. Namizədlərə pedaqogika və metodika, təhsil və əmək qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək. İmtahan saat 10:00-da başlayacaq. İmtahanda iştirak edəcək namizədin imtahan keçiriləcəyi binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənədinin üzərində olmağı mütləqdir. Eyni zamanda namizədlər imtahan mərkəzinə imtahan müddəti başlamazdan ən azı 30 dəqiqə əvvəl yaxınlaşmalıdır.

 

Həmçinin müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin əlaqə nömrələrinə bu barədə SMS bildiriş və ya zəng vasitəsilə məlumat bildirilib.

 

Namizədlər çalışdıqları təhsi müəssisənin tərkibinə daxil olduğu regional təhsil idarələrindən məlumat əldə edə bilərlər.

 

Test imtahanı mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!