Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-24 09:15:00
Şəhid xanım Arəstə Baxışovanın şəhadətə ucalması yad edilib-FOTOLAR

Goranboy rayon Səmədabad kənd tam orta məktəbində şəhid xanım Arəstə Baxışovanın şəhidlik zirvəsinə ucalması böyük ehtiramla yad edilib.

 

AzEdu.az xəbər verir ki, həmin təhsil müəssisəsinin şəhidin adını daşıdığı sinifin ibtidai sinif müəllimi Şəlalə Mürsəlova qeyd edib ki, məktəb rəhbərliyinin iştirak ediyi tədbirdə şagirdlər çıxışlar edərək şəhid xanım Arəstə Baxışovanı yada salıblar. Həmçinin, müxtəlif videoçarxlar göstərilərək şəhidin xatirəsi anılıb.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.

 

No description available.

 

No description available.

 

No description available.

 

No description available.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları