Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 09:58:00
İbtidai sinif müəllimləri şagirdləri əlavə vəsaitlərlə yükləyir – Yolverilməz hərəkət-İRADLAR

 

 

Dərsliklərlə bağlı problemlər son zamanlar gündəmdədir. Bu gün bəzi müəllimlər əlavə dərs vəsaitlərindən istifadə edir. Bəs əlavə vəsaitdən istifadə etmək nə dərəcədə doğrudur?

 

AzEdu.az  mövzu  tanınmış pedaqoq Sona Əliyeva fikirlirini AzEdu.az-la bölüşüb.

 

"Ola bilsin ki, müəllimlər  kommersiya maraqlarına görə əlavə vəsaitlərdən istifadə edirlər".

 

 

"Ola bilsin ki, müəllimlər  kommersiya maraqlarına görə əlavə vəsaitlərdən istifadə edirlər. Amma, dərs vəsaitlərini  Elm və Təhsil Nazirliyi təsdiq edir.  Təsdiqdən  əvvəl müzakirəyə çıxardılır. Əgər məktəblərdə bu hallar baş verirsə, bunun məsuliyəti biləvasitə Elm və Təhsil Nazirliyinin üzərinə düşür"

 

S. Əliyevanın sözlərinə görə müəllim şagirdi əlavə dərs vəsaiti almağa məcbur edə bilməz:

 

"Müəllim şagirdi əlavə dərs vəsaiti almağa məcbur edə bilməz. Onun buna səlahiyyəti çatmır.  Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi dərsliklər üzrə proqramlar, icmalar eləcə də imtahanlar tərtib olunur. Keçirilən imtahanlarda  suallar məhz bu dərsliklərdə olan  mövzular əsasında salınır.

 

Əlavə dərs vəsaitlərindən istifadə etmək qanunauyğun deyil. Şagird sadəcə, könüllülük prinsipi əsasında əlavə dərs vəsaiti ala bilər.  Çünki əlavə vəsait o zaman istifadə olunur ki, uşaq istedadlıdır və dərs vəsaiti ona kifayət etmir. Həmçinin ali məktəbə hazırlaşan şagird əlavə vəsaitdən istifadə edə bilər. İbtidai sinifdə əlavə dərs vəsaitindən istifadə etmək isə  qanunauyğunsuzluqdur"-deyə pedaqoq bildirdi.

 

 

Mövzu ilə bağlı təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov fikirlərini bizimlə bölüşüb.

 

"Bu gün bəzi müəllimlər bilərəkdən və ya bilməyərəkdən dərsliklərlə yanaşı əlavə vəsaitlərdən istifadə edirlər. Ümumiyyətlə, əlavə dərs vəsaitlərindən istifadə etmənin müsbət tərəfi budur ki, şagirdlər bu zaman bilir ki, məlumatın mənbəyinin bir neçədir. Amma valideynlərə icbari formada əlavə vəsait aldırmaq qəbul edilən deyil".

 

 

 

"Müəllim bəzən düşünür ki, dövlətin verdiyi vəsaitlər yetərli deyil, test tapşırıqları azdır"

 

 

"Müəllim bəzən düşünür ki, dövlətin verdiyi vəsaitlər yetərli deyil, test tapşırıqları azdır. Bu zaman kitab müəllifləri, nəşriyyat işçiləri ehtiyacı qarşılamaq üçün kitab nəşrlərinə başlayır. Aztəminatlı şagirdlərin pis vəziyyətdə qalmaması üçün, bunu biznes yanaşması şəklində etmək olmaz. Müəllim nəşriyyatla anlaşıb kitablarını təqdim etməməlidir. Əgər bunu edirsə, o artıq işinə qarşı nöqsan sayılır".

 

 

"Müəllim şagirdləri müxtəlif internet resusları təşfiq edə bilər. Çünki, bir dərslik  bütün sualları əhatə edə bilməz".

 

"Beynəlxalq kurikulumların tədris olunduğu özəl məktəblərdə dərsliklərlə yanaşı test tapşırıqlarından istifadə olunur. Amma, onlar şagirdə maliyə yükü olmur . Sadəcə, olaraq internetdən tapılan tapşırıqlar əsasında həyata keçirilir. Düşünürəm ki, belə bir yanaşmanın olması daha düzgündür, nəinki  şagirdin dövlətin verdiyi dərslikdən əlavə vəsaitə yönləndirmək".

 

 

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları