Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 18:24:00
Müəllimlərin sertifikasiyası 2022-ci ilin sonunadək keçirilməyəcək – VACİB TÖVSİYƏLƏR

 

 

“Elm və Təhsil Nazirliyinin verdiyi məlumata görə 2023-cü ilin yanvar ayına kimi müəllimlərin sertifikatlaşdırılması prosesinin keçirilməsi nəzərdə tutulmur”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının rəhbəri, ETN yanında İctimai Şuranın məsul katibi  Rüfət Əsədzadə deyib.

 

 

O, qeyd edib ki, ilin sonuna az vaxt qaldığı üçün proses növbəti təqvim ilində davam edəcək:

 

Əgər proses öncədən baş verərsə, dekabr ayında bununla bağlı məlumat veriləcək”.

 

 

O, proseslə bağlı narahat olan müəllimlərə bir sıra tövsiyələr verib:

 

Sertifikasiyada dərin və narahatedici heç bir məqam yoxdur. Prosesdən keçən digər müəllimlərin nəticələri  əsasında deyə bilərik  ki, daimi hazırlıq edən insanların heç biri üçün  test və müsahibə mərhələləri pis keçmədi. İmtahandan yaxşı nəticə əldə edə bilməyən 2000-dən çox müəllimin yaşadığı çətinliklər səbəbindən digər müəllimlərə psixoloji basqı tətbiq edirlər. Sertifikasiyanın məqsədi peşəkar  müəllimlərin aşkar olunmasıdır və nəticəsi zəif müəllimlərə də bir il zaman tanınır.

 

 

Bu il ilk dəfə müəllimlərin sertifikasiya prosesinə başlanıldı. Onun daha da təkmilləşdirildikdən sonra kütləvi xarakter alması düşünülür. 11 min müəllimin sertifikasiyadan keçdiyi sübut edir ki, sistem tam işlək vəziyyətdədir və problem qeydə alınmayıb”.

 

 

Qeyd edək ki, ibtidai sinif müəllimləri üçün sertifikasiya prosesin başa çatıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları