Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 18:00:00
On bir nəfər TOEFL iBT imtahanı verib

Oktyabrın 5-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 11 nəfər iştirak edib. İştirakçılar imtahanın nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının oktyabrın 19-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.