Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 16:51:00
Keçmiş rektor intihar etdi: “Dözə bilmirəm…”  

Rusiyanın Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun keçmiş rektoru, tanınmış pedaqoq və filosof Aleksandr Novikov intihar edib.

 

Ailə üzvləri onun meyitini evə qayıdan zaman binanın pilləkənlərində aşkarlayıblar.

 

Novikov intihardan əvvəl məktub yazıb.

 

“Fiziologiya, psixika və kommunikasiya sahələrindəki bütün amillərə dözmək mümkün deyil. Bu gün və gələcək həyatınızda sizə hər şeyin ən yaxşısını arzulayıram. Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu qarşısında baş əyirəm”, - vida məktubunda deyilir.

 

Qeyd edək ki, 86 yaşı olan Aleksandr Novikov 1987-2007-ci illərdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna rəhbərlik edib.

 

modern