Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 16:26:41
Türkiyədə şagirdləri daşıyan avtobus ağaca çırpılıb aşdı: Ondan çox məktəbli yaralanıb - VİDEO

Türkiyənin Adana şəhərində sürücünün idarəetməni itirməsi nəticəsində içərisində məktəblilərin olduğu avtobus yol kənarındakı ağaca çırpılaraq aşıb.

Hadisə vaxtı oradan keçən sürücülər qəzadan sonrakı vəziyyəti telefonlarına çəkərək ictimailəşdiriblər.

İlkin məlumata görə, yol nəqliyyat hadisəsi nəticəsində 14 məktəbli xəsarət alıb.

Onlar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Qəzanın səbəbləri araşdırılır.

Mənbə: İHA