Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-30 12:46:00
UNEC-də “Şəhidlər ölməz, vətən bölünməz” adlı tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC ) “UNEC Future Club” Tələbə Təşkilatının və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz, vətən bölünməz ” adlı tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Vətən müharibəsi qəhrəmanları 33 gün əsirlikdə qalan Amin Musayev, qazi Camal Alxasov və tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı iştirak ediblər.

 

Şuşa ətrafında gedən döyüşlərdə yaralanan Amin Musayev torpaqlarımız azad olunması istiqamətində aparılan döyüşlərdən, əsirlikdə başına gətirilənlərdən, danışıb.

 

Vətən müharibəsində iki ayağını itirmiş, bədənində çoxsaylı qəlpə yaraları olan Camal Alxasov tələbələrlə 44 günlük müharibə barədə xatirələrini bölüşüb, döyüş yolundan bəhs edib.