Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-30 12:31:00
Dərsliklərlə bağlı monopoliyanı yaradan əsas səbəb- “Nazirlik təcili bu addımı atmalıdır”

 

 

“Elm və Təhsil Nazirliyinin bir dərslik üçün ayırdığı tenderdə əldə olunan pula böyük və modern nəşriyyat yaratmaq olar”.

 

AzEdu.az xəbər verir ki, bunu jurnalist Məzahir Məmmədli AzEdu Təhsil Portalının nəznində yaradılan “Dərsliklərin müstəqil monitorinqi mərkəzi”də deyib.

 

O, dərslik monopoliyasının formalaşmasının əsas səbəblərindən birinin nazirliyin şəxsi nəşriyyatının olmamasında görüb:

 

“Bütün universitetlərin və orta məktəblərin illik jurnalları, tələbə biletləri, dərs vəsaitləri və elmi jurnalları çap olunur. Bunlar Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, çox az universitetlərin mətbəələri fəaliyyət göstərir. 54 ali təhsil müəssisəsindən 45-də nəşriyyat demək olar ki, yoxdur, bu yerlərdə dərsliklər də çap edilmir. Bu istiqamətdə nazirlik tərəfindən nəşriyyat yaradıla və çap məhsullarının istehsalı həyata keçirilə bilər. Lakin nəticəni hələ də görə bilmirik”.

 

Qeyd edək ki, müzakirə zamanı dəsrliklərin keyfiyyətinin artırılması üçün bir çox zəruri təkliflər irəli sürülüb. Həmin təkliflər Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi tərəfindən sistemləşdirilib. Onlara əlavə olunduqdan sonra təkliflər aidiyyatı dövlət qurumlarına təqdim ediləcək, problematik məqamlar ictimailəşdiriləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları