Azedu.az

Təhsil naziri Salyanda vətəndaşları qəbul edib  

Təhsil Nazirliyi

29 Sentyabr 2022, 09:30
Təhsil naziri Salyanda vətəndaşları qəbul edib  

Elm və təhsil naziri Emin Əmrullayev Şirvan şəhəri, Hacıqabul, Neftçala, Biləsuvar və Salyan rayonlarında qeydiyyatda olan sakinləri qəbul edib.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qəbulda qeyd olunan şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 

Görüşdə vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

 

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox