Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-28 15:37:00
Rasim Əliquliyev: “Alimlərimizin elmi bazalara çıxışında məhdudiyyət var"

"Azərbaycan alimlərinin bir sıra elmi bazalara çıxışında məhdudiyyət var".

 

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev Bakıda keçirilən 5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransının (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimində bildirib.

 

“Burada bizi maraqlandıran əsas məsələ odur ki, Avropa ölkələri ilə bizim aramızda müəyyən boşluqları aradan qaldıraq. Bu gün alimlərimizə internetə çıxış imkanı yox, keyfiyyətli informasiya resursu, kontent vermək lazımdır. Hansı ki, onlar ya müəyyən kommersiya məqsədi üçün istifadə edilir ya da bəzi səbəblərdən bizim çıxış imkanlarımız azdır.

 

Biz istərdik ki, Avropa Komissiyasının Şərq Tərəfdaşlığı üzr rəqəmsal siyasətində bu prioritetlər nəzərə alınsın. İnsan tədris resurslarının ölkəyə gətirilməsi özü əhəmiyyətlidir. Avropa İttifaqı ölkələri universitetlərinin çoxlu sayda əhəmiyyətli kitabxanaları var. Onların qapılarını açmaq lazımdır ki, Azərbaycan alimləri, professor-müəllim heyətimiz ondan istifadə eləsin”, - deyə o, qeyd edib.