https://modern.az/
2022-09-27 14:28:00
DİM-də 27 sentyabr-Anım Günü ilə bağlı tədbir təşkil edilib

44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzində 27 sentyabr-Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdən öncə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Tədbiri giriş sözü ilə açan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq qələbədən bəhs edib. Sədr həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyini vurğulayıb, şəhidlərin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olduğunu qeyd edib.