Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 12:00:00
Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb
Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb.
 
 
AzEdu.az xəbər verir ki, 19-25 sentyabr tarixdə İnformatika üzrə Avropa Gənclər Olimpiadası ( European Junior Olympiad in Informatics, eJOI ) keçirilib.
 
Kiyev şəhəində keçirilən yarışlarda 32 ölkəni təmsil edən komandalarda 170-dən çox gənclər iştirak edib. Olimpiadada ölkəmizi 8 məktəblimiz təmsil edib.
Olimpiada çərçivəsində iştirakçılar informatika sahəsində biliklərini nümayiş etdirib. Yarışın nəticələrinə görə, 9 iştirakçı qızıl, 28 iştirakçı gümüş və 49 iştirakçı bürünc medala layiq görülüb. Bu Olimpiadada Azərbaycandan yalnız bir məktəblimiz uğur qazanıb.
 
 
Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev olimpiadanın gümüş medalına layiq görülüb Digər iştirakçılarımız bu olimpiadada çox zəif nəticə göstəriblər.
 
Xatırladıram ki, Fuad Qarayaev ötən ay Balkanlarda keçirilən oxşar olimpiadada qızıl medal qazanmışdı. Yeri gəlmişkən, ilk dəfə keçirilən eJOİ2017 Olimpiadasında bürünc medal alan həmyerlimiz Abutalıb Namazov da hazırda MİT-də kompüter elmləri üzrə təhsil alır. Builki İnformatika üzrə Avropa Gənclər Olimpiadasında bəzi ölkələrin nəticələri belə olub :
Gürcüstan 2 bürünc
Ukrayna 1 qızıl, 2 gümüş, 3 bürünc
Ermənistan 1 qızıl, 3 gümüş, 3 bürünc
Qazaxıstan 6 gümüş, 2 bürünc
 
 
Yeri gəlmişkən, ötən il Rumıniyada keçirilən İnformatika üzrə Avropa Gənclər Olimpiadasında təəssüf ki, komandamız heç bir medal qazana bilməmişdi. Ötən ilə nisbətən daha uğurlu nəticə əldə olunsa da müqayisələr göstərir ki, ETN və Milli komandanı olimpiadaya hazırlayan komanda daha ciddi işlər aparmalıdır.
İnformatikanın qəbul imtahanlarına salınmasından sonra məktəblərdə, uşaqlarda və valideynlərdə münasibət müsbətə doğru dəyişdiyindən ümid etmək olar ki, qarşıdakı illərdə daha uğurlu nəticələr əldə edə biləcəyik.
 
 
 
İnformatika üzrə Avropa Gənclər Olimpiadasının qalibi Fuad bəyi, onun müəllimlərini və komanda rəhbərlərini, liseyin rəhbərliyini və valideynlərini təbrik edirəm.
İnformatika üzrə Milli Olimpiada komandasına dəstək verən Azercell şirkətinə təşəkkürlər.