Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-17 10:02:00
Məktəbli formalarının satışına başlanıldı - QİYMƏTLƏR

 

Növbəti tədris ili üçün yeni məktəbli formalarının satışına başlanılıb.

 

Bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov AzEdu.az-a açıqlamasında məlumat verib.

 

O, satışın səhər saatlarında başladığını bildirərək, qiymətləri diqqətə çatdırıb:

 

“Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə “Bravo” marketlər şəbəkəsində də satış başlayacaq. Polo köynəklərin qiyməti 14 manat, şalvar və ətəklərin qiyməti isə 25 manatdır”

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları